Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bakıda qadın ərini öldürdü

Bakıda qadın ərini öldürdü


24-11-2018, 13:53. Yazar: Xeberaz
 
Noyabrın 24-də Bakıda ər arvadı tərəfindən qətlə yetirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən arvadı Vəfa Orucova saxlanılıb.
Geri dön