Ana Sayfa > Karusel / Gündəm / M2 > Helikopterlərimiz cəbhəboyu təlim-döyüş uçuşları keçirir

Helikopterlərimiz cəbhəboyu təlim-döyüş uçuşları keçirir


15-07-2015, 19:27. Yazar: Kenan
Helikopterlərimiz cəbhəboyu təlim-döyüş uçuşları keçirir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycanın Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterləri cəbhəboyu zona üzərində təlim-döyüş uçuşları keçirir.

Xeberaz.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təlimlərdə döyüş vəziyyətinə yaxın və şərti düşmən tərəfindən radioelektron maneələrin tətbiqi şəraitinə uyğun, düşmənin yerüstü, hava-hücumundan müdafiə qurğuları və digər hədəflərinə zərbə endirmək, quru qoşunları ilə qarşılıqlı əlaqədə fəaliyyət üzrə tapşırıqlar məşq etdirilir.Lent.az
Geri dön