Ana Sayfa > Karusel / Gündəm > Abel Məhərrəmov yenə də BDU-da işləyir

Abel Məhərrəmov yenə də BDU-da işləyir


22-11-2018, 15:02. Yazar: Xeberaz
 
Xəbər verdiyimiz kimi, ölkə başçısı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib.
Xəbəraz.Az unikal.org-a istinadən xəbər verir ki, rektor vəzifəsindən azad olunan A.Məhərrəmov öz kabinetini "Üzvi kimya" kafedrasına köçürüb. Buna səbəb isə Abel Məmmədəli oğlu Məhərrəmovun 2002-ci ildən "Üzvi kimya" kafedrasının rəhbəri olmasıdır. A.Məhərrəmov hazırda bu kafedrada rəhbər kimi fəaliyyətini davam etdirir, hər gün işə çıxır, bu sahədə öz təcrübəsini tələbələrlə bölüşür.

Məsələ ilə bağlı açıqlama verən BDU-nun mətbuat katibi Pərvanə İbrahimova xəbəri təsdiqləyib. O bildirib ki, akademik Abel Məhərrəmov hazırda "Üzvi kimya" kafedrasının rəhbəri kimi BDU-da öz fəaliyyətini davam etdirir.

Geri dön