Ana Sayfa > Karusel / Gündəm > Bakıda və Abşeron yarımadasında yağıntının miqdarı 1-6 mm olub - FAKTİKİ HAVA

Bakıda və Abşeron yarımadasında yağıntının miqdarı 1-6 mm olub - FAKTİKİ HAVA


22-11-2018, 11:07. Yazar: Xeberaz
 
Noyabrın 21-i gündüzdən 22-si səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentidən verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində noyabrın 21-i günün ikinci yarısından 22-si səhərədək hava şəraiti dəyişib, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv xarakterli olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-6, Böyük Qafqazda 1-19, Qazax-Gəncə zonadında 1-4, Mərkəzi Aran rayonlarında 1-3 mm olub.
Geri dön