Ana Sayfa > Karusel / Hadisə > 15 yaşlı uşaq 44 yaşlı kişini qətlə yetirdi-Bakıda

15 yaşlı uşaq 44 yaşlı kişini qətlə yetirdi-Bakıda


22-11-2018, 10:56. Yazar: Xeberaz
 
Bakıda azyaşlı uşaq qətl törədib.
Hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, N. Abdullayev küçəsi 4/43 ünvanında baş verib.
Həmin ünvanda yaşayan Bərdə rayon sakini, 1974-cü il rəvəllüdlü Əhmədov Əhəd Əhməd oğluna şəxsi münasibətlər zəminində qonşusu, 2003-cü il təvəllüdlü Bayramov Elvin Nurəddin oğlu kəsici-deşici alətlərlə çoxsaylı xəsarətlər yetirib.
Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Ə.Əhmədov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
(trend)
Geri dön