Ana Sayfa > Karusel / Gündəm > Binəqədi rayonundakı yanğın hadisəsinə görə həbs edilən JEK müdiri azadlığa çıxıb

Binəqədi rayonundakı yanğın hadisəsinə görə həbs edilən JEK müdiri azadlığa çıxıb


20-11-2018, 20:41. Yazar: Xeberaz
 
Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsində təqsirləndirilən Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov azadlığa buraxılıb.
Onun həbsdə olduğu - 3 il 6 ay cəza müddəti başa çatıb.
N.Orucov bu gün saxlanıldığı 16 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.
Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
Geri dön