Ana Sayfa > Karusel / Hadisə / M2 / Foto-fakt > Oğurluq etdi ama yaxasını ələ verdi

Oğurluq etdi ama yaxasını ələ verdi


15-07-2015, 16:29. Yazar: Xeberaz
Oğurluq etdi ama yaxasını ələ verdi
Xaçmazda evlərə qənim kəsilən şəxs həbs edilib.
Xaçmaz Rayon Polis Şöbəsinindən ANS PRESS- ə verilən məlumata Xaçmaz şəhər sakini Eyvaz Paşayev oğurluq etdiyinə görə tutulub.

Zərərçəkmiş Adil Mirzəbəyov iyunun 3-də evindən 1040 manat pul oğurlanması barədə polisə müraciət edib.Həmin müraciətdən dərhal sonra hərəkətə keçən polis əməkdaşları hadisənin E. Paşayev tərəfindən törədildiyini müəyyən ediblər.

Şöbədə dindirilmə zamanı Paşayevin Mirvari Əsədullayeva, Əlfəddin Həmidov, İqrar İsmayılov və Natiq Babayevə məxsus evlərdən pul və qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Onun başqa oğurluqlarda əli olub olmaması, və sakinlərə ümumilikdə nə qədər zərər vurması Xaçmaz Rayon Polis şöbəsində araşdırılır.
Geri dön