Ana Sayfa > Karusel / Gündəm / İdman > Əliyar Ağayev Millətlər Liqasının oyununda

Əliyar Ağayev Millətlər Liqasının oyununda


16-11-2018, 16:33. Yazar: Xeberaz
 
FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

O, Millətlər Liqasının 5-ci turunda keçiriləcək Danimarka – İrlandiya qarşılaşmasının baş hakimi olacaq.
Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

Qeyd edək ki, Danimarka – İrlandiya matçı noyabrın 19-da Orxus şəhərindəki Ceres Park stadionunda keçiriləcək.
Geri dön