Ana Sayfa > Karusel / Məşhurların Taleyi > "Nə ölüsünü, nə də dirisini tapdıq"-Rahidə Baxışova

"Nə ölüsünü, nə də dirisini tapdıq"-Rahidə Baxışova


16-11-2018, 16:31. Yazar: Xeberaz
 
Müğənni Rahidə Baxışova atasının illər əvvəl itkin düşdüyünü deyib.

Sənətçi "5/5" verilişinin "Unuda bilmirəm" rubrikasının qonağı olub. O, 28 ildir atasını axtardığını söyləyib:

"10 yaşımda itirdim atamı. 1990-cı il idi, getdi və qayıtmadı. Nə ölüsünü, nə də dirisini tapdıq. Anası, atası, qardaşları, biz çox axtardıq, amma tapmadıq. Düşünürəm ki, dünyasını dəyişib. 

Həyatda olsaydı, mütləq bizi axtarardı. Onun qızı tanınmışdır, axtarardı. Həmişə onun ruhuna dualar edirəm. 20 yanvar hadisələri ərəfsində itdi. Anam xəstəxanalara, morqa getdi, alınmadı. 

Anam 4 uşağı saxlamaq üçün 4 yerdə işləyirdi. Bağçada, ofisdə yemək bişirirdi".


Geri dön