Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Azərbaycanda daha bir bank - ləğv edildi

Azərbaycanda daha bir bank - ləğv edildi


15-07-2015, 13:30. Yazar: Xeberaz
Azərbaycanda daha bir bank - ləğv edildi

Xeberaz.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 iyul 2015-ci il tarixli, 27 nömrəli qərarı ilə “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyası ləğv edilib.
Mərkəzi Bankdan "APA-Economics”ə verilən məlumata görə, bu qərar bankın məcmu kapitalın minimal məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyinə görə verilib. Bank lisenziyasının ləğvi barədə qərar 16 iyul 2015-ci il tarixində qüvvəyə minəcək.

Məlumat verildiyi kimi, 13 iyul 2015-ci il tarixindən Mərkəzi Bank tərəfindən “Azərbaycan Kredit Bankı”na təyin olunmuş müvəqqəti inzibatçı bankda idarəetməni həyata keçirir.

Mərkəzi Bank bir daha bildirir ki, “Azərbaycan Kredit Bankı”nda əhalinin əmanətləri üçün heç bir təhlükə yoxdur və onların tam məbləğdə qaytarılması üçün bankda yetərli likvid vəsaitlər mövcuddur.

Hazırda bankda əhalinin əmanətlərinin geri qaytarılması prosesi gedir.
Geri dön