Ana Sayfa > Karusel / Gündəm / Dünya / Maraqlı / Foto-fakt / Həftə-Reytinq > Bu maskalar böyük marağa səbəb oldu - Fotolar

Bu maskalar böyük marağa səbəb oldu - Fotolar


16-11-2018, 10:05. Yazar: Xeberaz
Bu maskalar böyük marağa səbəb oldu

Yaponiyada Osamu Kitaqava adlı şəxs insan cizgilərini yüksək dərəcədə özündə əks etdirən maskalar hazırlayıb.

“Xəbəraz.Az” “Posta”ya istinadən xəbər verir ki, 60 yaşlı istehsalçının sahibi olduğu şirkətdə 5 işçi bu maskalar üzərində çalışır.

Maskalar kütləvi satışa çıxarıldıqdan sonra yerli şirkətlər və əyləncə sektorunun böyük marağına səbəb olub.

Qiyməti 2650 dollara olan maskalar qətran və plastik maddələrdən hazıarlanır.

Kitaqava bildirib ki, bu ideya çap şirkətində işləyərkən ağlına gəlib. Yüksək keyfiyyətdə 3D üz cizgilərini tətbiq etmək üçün isə 2 il çalışıb və nəticədə istəyinə nail olub.

O, gələcəkdə silikon materialla 100 faiz insan üzünə bənzəyən maskalar hazırlamaq və onları robotlar üzərində tətbiq etmək istəyir.








Geri dön