Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bakıda yeni doğulan körpə öldü, prokurorluqda cinayət işi başlandı

Bakıda yeni doğulan körpə öldü, prokurorluqda cinayət işi başlandı


15-11-2018, 15:40. Yazar: Xeberaz
 
Bakıda yeni doğulan körpə ölüb.
Hadisə paytaxtın Səbail rayonundakı 5 saylı Kliniki Doğum Evində baş verib.
Hüquq-mühafizə orqanları əməkdaşları məlumat əsasında hadisə yerinə baxış keçirib və meyit müayinə edilib.
Müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.
Uşağın ölümündə həkim məsuliyyətsizliyinin olub-olmamasını müəyyən etmək üçün faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıq) maddəsilə cinayət işi başlanıb.
Geri dön