Ana Sayfa > Karusel / Gündəm > Bakı-Sumqayıt qatarının hərəkət cədvəli müvəqqəti dəyişəcək

Bakı-Sumqayıt qatarının hərəkət cədvəli müvəqqəti dəyişəcək


15-11-2018, 15:37. Yazar: Xeberaz
 
Sabah Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, Bakıdan saat 08:00-da yola düşən 6001, saat 08:30-da yola düşən 6003 və saat 08:55-də yola düşən 6005 nömrəli elektrik qatarlarının, Sumqayıtdan isə saat 08:50-də yola düşən 6010, saat 09:17-də yola düşən 6012 və saat 09:50-də yola düşən 6014 nömrəli elektrik qatarlarının hərəkəti bir reys üzrə ləğv olunacaq. Göstərilən qatarlar müvəqqəti hərəkətdə olmayacaq.
Geri dön