Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Daşkəsəndə FACİƏ-1 ailənin 5 üzvü yanaraq öldü

Daşkəsəndə FACİƏ-1 ailənin 5 üzvü yanaraq öldü


14-11-2018, 11:04. Yazar: Xeberaz
 
Daşkəsən rayonunda dəhşətli yanğın hadisəsi olub.
Rayonun Quşçu kəndindəki evlərdən birində baş vermiş yanğın zamanı 5 nəfər həyatını itirib.
***
Daşkəsən rayon İcra Hakimiyyətindən bildirilib ki, 14 noyabr 2018-ci il saat 02:15 radələrində Daşkəsən rayonunun Quşçu kəndində 1970-ci il təvəllüdlü Tağıyev Pənah Cəmil oğluna məxsus ikimərtəbəli, 3 otaqlı, ümumi sahəsi 150 m2 sahəsi olan fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Hadisə nəticəsində Tağıyev Pənah Cəmil oğlunun gəlini, 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı, nəvələri - 2010-cu il təvəllüdlü Tağıyeva Aysun Asim qızı, 2012- ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu, 2017- ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu və qız nəvəsi 2007-ci il təvəllüdlü Edilxanova Günel Qoşqar qızı ölüb. Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı ilkin məlumat hələ ki yoxdur. Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma başlayıb.
Geri dön