Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Natəvan, Elnur, Nadir belə örnək oldular - FOTOLAR

Natəvan, Elnur, Nadir belə örnək oldular - FOTOLAR


15-07-2015, 11:38. Yazar: Xeberaz
Natəvan, Elnur, Nadir belə örnək oldular - FOTOLAR
Müğənni Natavan Həbibi Ramazan bayramı ərəfəsində həmkarları ilə birgə Bilgəhdə yerləşən müharibə və əmək əlilləri üçün pansionata yollanıb.

Bu barədə ifaçı sosial şəbəkədəki səhifəsində yazıb. O, bildirib ki, onun bu xoş addımına müğənni dostları Nadir Qafarzadə və Elnur Məmmədov da dəstək olub: “Qocalar evinə ziyarətə getmişdim. Çox sevinirəm ki, çox istədiyim dostlarım Nadir və Elnur yanımda oldular. Amma qocalar evinə daxil olanda kədərləndim. Ona görə ki, onlar bu ocaqda yox, öz isti yuvalarında, övlad, nəvə əhatəsində əyləşməli idilər. Sağ olsun dövlətimiz ki, onlar üçün belə gözəl şərait yaratsa belə, doğma ev başqadır. Ata və ana insanın yer üzündəki varlıq səbəbidir. Onlara qayğı göstərmək övladın müqəddəs borcudur. Nə etsək, bu borcdan çıxa bilmərik. Allah bütün valideynlərə ömür versin. Unutmayaq. Etdiyimiz əməllər bir gün qarşımıza çıxacaq”.

N.Qafarzadə də öz təəssüratlarını bölüşüb: “Mən hər zaman qocalar evinə gedən zaman qəribə hislər keçirirəm. Düşünürəm ki, orada məskunlaşan qocalarımızın diqqətə, qayğıya daha çox ehtiyacı var. Bacardığım, vaxt tapdığım qədər xeyriyyə tədbirlərinə iştirak edirəm. Heç kim öz gələcəyindən sığortalanmayıb. Ona görə də yaxşılıq etmək lazımdır”.

E.Məmmədov da fikirlərini sosial şəbəkədə yazıb: “Allah heç bir böyüyü övladsız, heç birimizi də böyüksüz etməsin”.

Geri dön