Ana Sayfa > Karusel / Gündəm > Tanınmış kosmetoloqdan nümunəvi addım-"Çoxdan belə bir planım var idi və..."

Tanınmış kosmetoloqdan nümunəvi addım-"Çoxdan belə bir planım var idi və..."


13-11-2018, 12:19. Yazar: Xeberaz
 
Xəbəraz.Az xəbər verir ki,tanınmış kosmetoloq Kürsüm Məmmədli hər kəsi kövrəldən addım atıb. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş, və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə qurmağa hazırlaşan qız övladlarına pulsuz müayinə və konsultasiya edəcək.

Kürsüm Məmmədli saytımıza verdiyi açıqlamada bildirdi ki; "Çoxdan belə bir planım var idi və qərara gəldim ki,bunu edim.Çünki,biz hazırkı yaşadığımız müstəqilliyi şəhidlərimizə borcluyuq.”

 

Qeyd edək ki, Kürsüm Məmmədli Türkiyə və Barselonada bir sıra mütəxəssislərdən dərslər keçib.


Geri dön