Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi biznesmen Ukraynada saxlanılıb

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi biznesmen Ukraynada saxlanılıb


13-11-2018, 11:47. Yazar: Xeberaz
 
Azərbaycan dövlətinin “İnterpol” xətti ilə axtarışa verdiyi 41 yaşlı Adil Ələsgərov Ukraynada saxlanılıb.
“ADF” şirkətinin prezidenti olan A.Ələsgərov vergi ödəməkdən yayındığına görə barəsində cinayət işi başlanıb.
Hazırda biznesmenin Azərbaycana ekstradisiyası üçün işlər davam etdirilir.
Qeyd edək ki, “ADF” şirkəti Azərbaycana avtomobil ehtiyat hissələri gətirirmiş.
Geri dön