Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Yevlaxda mikroavtobus qəzası: 10-a yaxın yaralı var

Yevlaxda mikroavtobus qəzası: 10-a yaxın yaralı var


13-11-2018, 11:09. Yazar: Xeberaz
 
Yevlax rayonunda mikroavtobus qəzaya düşüb.
Hadisə Yevlax-Xaldan yolunun rayonun Quçuluq kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, mikroavtobusla "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində 10-na yaxın sərnişin yaralanıb. Yaralılar Yevlax və Mingəçevir xəstəxanalarına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Geri dön