Ana Sayfa > Karusel / Gündəm > Sürücülərə VACİB XƏBƏRDARLIQ: 2 gün sonra....

Sürücülərə VACİB XƏBƏRDARLIQ: 2 gün sonra....


13-11-2018, 11:01. Yazar: Xeberaz
 Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.Noyabrın 15-də Azərbaycanda avtomobillərin arxa yan şüşələrinə vurulan jalüzlərin istifadə müddəti başa çatacaq: “Hər il mayın 1-dən noyabrın 15-nə kimi olan müddətdə avtomobillərin arxa yan şüşələrində jalüz və görməni məhdudlaşdıran digər vasitələrdən istifadəyə icazə verilir. Noyabrın 15-dən sonra isə bu qadağandır. Qaydaları pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun formada cərimə ediləcəklər”.

Geri dön