Ana Sayfa > Karusel / Gündəm / İdman > "Yuventus" "Milan"ı məğlub edib

"Yuventus" "Milan"ı məğlub edib


12-11-2018, 11:33. Yazar: Xeberaz
 
"Yuventus" futbol üzrə İtaliya A Seriyasının 12-ci turunda "Milan" üzərində qələbə qazanıb.
Milan şəhərinin "San-Siro" stadionunda keçən görüş 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Turinlilərin qollarını Mario Mancukiç (8-ci dəqiqə) və Kriştianu Ronaldu (81) vurub. Ev sahiblərindən Qonsalo İquain 11 metrlik cərimə zərbəsindən fərqlənə bilməyib.
"Yuventus" bu qələbə sayəsində xllarının sayını 34-ə çatdırıb və turnir cədvəlinə liderliyini davam etdirir, "Milan" 21 xalla 5-cidir.
"Yuventus" bundan əvvəl ÇL-in qrup mərhələsi çərçivəsində öz meydanında İngiltərə "Mançester Yunayted"inə məğlub olub.
Geri dön