Ana Sayfa > Karusel / Hadisə > 25 yaşlı gənci “cin çıxartma” adı ilə döyüb öldürdülər

25 yaşlı gənci “cin çıxartma” adı ilə döyüb öldürdülər


12-11-2018, 11:18. Yazar: Xeberaz
 
Şabran rayonunda 6 nəfər bir şəxsi döyərək öldürüb. Onlar psixoloji problemləri olan 25 yaşlı Murad Soltanovu bədənindən “cin çıxarmaq” üçün döyüblər. 
Məlumata görə, M. Suoltanov Bakının Binəqədi rayonunda yaşayıb. Atası Şahin Şabranda belə bir müalicə üsulu olduğunu öyrənib və noyabrın 9-da oğlunu ora aparıb. Həmin gün “cin çıxartma” prosesi saat 22 radələrindən başlayaraq 2 saat davam etdirilib və bu müddət ərzində onu çubuqla döyüblər.
M.Soltanovdan “cin çıxaran” şəxslər isə Şabran rayon sakinləri Fizuli Qəribov, Vüsal İbrahimov, Aprel Xəlilov, Sahib Xəlilov, Əfqan Tarverdiyev və Cəmil Qayıbov olub. Onlar prosesi V.İbrahimovun Ali Mustafayev küçəsi ev 19-da yerləşən mənzilində həyata keçiriblər. M.Soltanovun meyiti də həmin evdən tapılıb.
25 yaşlı gənci öldürən şəxslərin vəhhabi təriqətinin üzvləri olduqları bildirilir.
Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (və 138.2-1-ci maddələri ilə cinayət işi başlanılıb.
Geri dön