Ana Sayfa > Karusel / Gündəm > Elmira Axundova: Yeni doğulan uşağın xərci ona ayrılan müavinətdən 10 dəfə çoxdur

Elmira Axundova: Yeni doğulan uşağın xərci ona ayrılan müavinətdən 10 dəfə çoxdur


8-11-2018, 13:39. Yazar: Xeberaz
 
Bu gün Azərbaycanda doğum əvvəlki illərlə müqayisədə aşağı düşüb. Bunun qarşısının alınması üçün yeni doğulan uşaqlara ayrılan müavinətin həcmi artırıla bilər.
Trend-in məlumatına görə, bunu deputat Elmira Axundova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
O qeyd edib ki, bu gün yeni doğulan uşağın xərci ona ayrılan müavinətdən 10 dəfə çoxdur: "Bu baxımdan, heç olmasa ailədə ikinci uşaq dünyaya gələndə onun üçün birdəfəlik müavinətin məbləği birinci uşaqla müqayisədə 100-200 manat artıq olmalıdır”.
E.Axundova qeyd edib ki, bu gün ən çox rast gəlinən problemlərdən biri ünvanlı sosial yardımla bağlıdır: “Ünvanlı sosial yardımın özünəməşğulluqla əvəz olunması daha təqdirəlayiq olar".
Geri dön