Ana Sayfa > Karusel / Gündəm / M2 / Foto-fakt > Binədəki qəzadan sonra 160-ın avtobusları dəyişdi-FOTO

Binədəki qəzadan sonra 160-ın avtobusları dəyişdi-FOTO


8-11-2018, 12:03. Yazar: Xeberaz
 

Paytaxtda 160 nömrəli marşrut xətti üzrə yeni avtobuslar xidmət göstərəcək.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən "Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən, xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi "Çinar-Trans” MMC-yə həvalə edilib.

Qeyd edək ki, oktyabrın 1-də Bakının Binə qəsəbəsində 160 nömrəli marşrut avtobusu yük qatarı ilə toqquşub. Avtobus hərəkətdə olan yük qatarının yoluna çıxıb. Bu zaman yük qatarı avtobusu vurub. Qəza nəticəsində 1 azyaşlı və 1 kişi ölüb, 40 nəfər xəsarət alıb. 

Geri dön