Ana Sayfa > Karusel / Hadisə > Bakıda bacısının başını balta ilə kəsən qız yenidən azadlığa buraxıldı

Bakıda bacısının başını balta ilə kəsən qız yenidən azadlığa buraxıldı


8-11-2018, 10:17. Yazar: Xeberaz

Bakıda bacısının başını balta ilə kəsən qız yenidən azadlığa buraxıldı

Bakıda bacısının başını balta ilə kəsərək qətlə yetirməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva ilə bağlı yenidən məhkəməyə müraciət edilib.


Xeberaz.az Report-a istinadən xəbər verir ki, P.Nuriyevanın yaxınları Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixatriya Xəstəxanasının onun müalicəsinin dəyişdirilib, məcburi ambulatoriya müşahidəsi və psixatr müalicəsinə keçirilməsini istəyiblər.

Məhkəmə həmin təqdimatı təmin edib və P.Nuriyeva azadlığa çıxıb.

Məhkəmə qərarından narazı qalan prokurorluq apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclası keçirilib.

Növbəti proses noyabrın 21-nə təyin edilib.

Geri dön