Ana Sayfa > Karusel / Hadisə > Bakıda iyrənclik: Kişi azyaşlı qızlara qarşı seksual hərəkətlər etdi

Bakıda iyrənclik: Kişi azyaşlı qızlara qarşı seksual hərəkətlər etdi


6-11-2018, 15:31. Yazar: Xeberaz

Bakıda iyrənclik: Kişi azyaşlı qızlara qarşı seksual hərəkətlər etdi

Bakıda azyaşlı qızlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Amil Paşayevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.



Xeberaz.az report-a istinadən xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 14-nə təyin edilib.

Cinayət işi hakim Ramella Allahverdiyeva icraatına verilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata əsasən, Bakı şəhəri, Xətai rayon Polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda iki qadına hücum edərək zərərçəkənlərin çantalarını soyğunçuluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən paytaxt sakini Amil Paşayev saxlanılıb.

Onun 2017-ci ilin dekadr ayından saxlanılan günə qədər Xətai rayonu ərazisində 4 azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi müəyyən edilib.

Geri dön