Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Ötən günün “yol terroru” - 4 qəza, 2 ölü, 10 yaralı

Ötən günün “yol terroru” - 4 qəza, 2 ölü, 10 yaralı


6-11-2018, 11:33. Yazar: Xeberaz
 
Azərbaycanın daxili işlər orqanları tərəfindən ötən gün 105 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb.
 
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.
 
Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.
Geri dön