Ana Sayfa > Karusel / Maraqlı > Yumurtanı bişirməzdən əvvəl NİYƏ YUMALIYIQ?

Yumurtanı bişirməzdən əvvəl NİYƏ YUMALIYIQ?


4-11-2018, 12:41. Yazar: Xeberaz

Yumurtanı bişirməzdən əvvəl NİYƏ YUMALIYIQ?
Qida qaynaqlı zəhərlənmələr insanın həyatı üçün təhlükədir.

Sadə tədbirlər ilə qida zəhərlənməsinin qarşısını almaq mümkündür.

Xüsusilə yay aylarında artan istilik və nəm səbəbi ilə otaq temperaturunda qalan qidalarda bakteriyaların çoxalması sürətlənir. Bu vəziyyət də qida zəhərlənmələrinin artmasına səbəb olur. Qida zəhərlənməsinin ən əhəmiyyətli səbəblərindən biri isə qidaları ideal temperaturda soyutmamaqdır. Qidaların gigyenik olmayan şəraitdə hazırlanmaları, kifayət qədər bişirilməməsi və istifadə müddətinin keçməsi də digər əhəmiyyətli səbəblərdəndir.

Qidaların yerləşdiyi paketlərin etiketlərini oxumağı adət halına gətirin. Aldığınız məhsulun istehsal və son istifadə tarixlərini mütləq oxuyun. Məhsulun paketi deformasiya olmamış, açılmamış və partlamamış olmasına diqqət edin.

Buzluqdan götürülmüş əti otaq istiliyində əritməyin. Otaq istiliyində əridilən ətlərdə bakteriyalar sürətlə çoxalır və bişirmə zamanına qədər zəhərləyəcək qədər bakteriya çoxalmış olur. Bu səbəblə dondurduğunuz əti otaq istiliyində deyil, soyuducunun alt hissəsində saxlayaraq əridin. Bunun üçün əti bişirməzdən bir gün əvvəl dondurucu hissədən aşağı hissəyə yerləşdirin.

Geri dön