Ana Sayfa > Karusel / Hadisə > 7 yaşlı uşaq dördüncü mərtəbədən yıxılaraq öldü

7 yaşlı uşaq dördüncü mərtəbədən yıxılaraq öldü


3-11-2018, 11:30. Yazar: Xeberaz

Sumqayıt şəhərində 7 yaşlı qız binanın dördüncü mərtəbəsindən yıxılaraq ölüb.

Xeberaz.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini 2011-ci il təvəllüdlü Qurbanova Nuranə Namiq qızı yaşadığı 41-ci məhəllədə binanın 4-cü mərtəbəsində pəncərəyə çıxıb. Bu zaman o, yıxılaraq yerə düşüb. Nəticədə uşaq ağır xəsarətlərdən yerindəcə ölüb.

Qeyd edək ki, N.Qurbanova 1-ci sinif şagirdi olub.

Faktla bağlı araşdırma aparılır.

Geri dön