Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bakıda avtobus gənci vurub öldürdü

Bakıda avtobus gənci vurub öldürdü


1-11-2018, 14:03. Yazar: Xeberaz
 
Daxili İşlər Nazirliyi Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Oktyabrın 31-də saat 6 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini Namiq Məmmədov idarə etdiyi “Daewoo” markalı 130 saylı xətt avtobusla yolu keçən 25-30 yaşlı kişini vurub.
Nəticədə həmin şəxs hadisə yerində ölüb.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
Geri dön