Ana Sayfa > Karusel / Gündəm > Yağış yağacaq, külək əsəcək - XƏBƏRDARLIQ

Yağış yağacaq, külək əsəcək - XƏBƏRDARLIQ


1-11-2018, 11:17. Yazar: Xeberaz
 
Noyabrın 01-i gündüz saatlarında gözlənilən hava şəraiti açıqlandı. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında noyabrın 01-i gündüz saatlarında hava şəraitinin buludlu olacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu  18-20 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə noyabrın 01-i gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 15-20, dağlarda 5-10 dərəcə isti təşkil edəcək.
Geri dön