Ana Sayfa > Karusel / Siyasət / Gündəm / Dünya > Merkel istefa verir

Merkel istefa verir


29-10-2018, 14:26. Yazar: Xeberaz
 
Almaniya kansleri Angela Merkel Xristiyan-Demokratik İttifaqı partiyasının sədri postuna namizədliyini irəli sürməyəcək.
Bunu Merkel partiyasının iclasında bəyan edib.  Buna baxmayaraq, Merkel kansler postunda qalmaq niyyətindədir.
Qeyd edək ki, Angela Merkel 2000-ci ilin aprelindən bəri partiyaya sədrlik edir.
Partiya sədrliyi seçimləri dekabrın əvvəllərinə planlaşdırılır.
Merkelin postundan imtinası partiya daxilində ona qarşı yaranan cəbhədən xəbər verir. Belə ki, Hessen əyalətində baş tutan yerli seçkilərdə Xristiyan-Demokratik İttifaqının "qardaş partiyası" kimi tanınan CSU böyük səs itkisi ilə üzləşdikdən sonra Merkelə qarşı çıxanların sayı artıb. Hətta tərəfdarlarının onu kansler postundan da uzaqlaşdırmağı hədəflədikləri anons edilir. 
Geri dön