Ana Sayfa > Karusel / Hadisə > Mingəçevirdə yük maşını velosipedçinin üstündən keçdi

Mingəçevirdə yük maşını velosipedçinin üstündən keçdi


29-10-2018, 12:37. Yazar: Xeberaz

Mingəçevirdə yük maşını velosipedçinin üstündən keçdi

Mİngəçevir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, oktyabrın 28-də saat 11 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakini Mübariz Atayev idarə etdiyi "JAC” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən həmyerlisi Saat Mikayılovu vurub. Xəstəxanaya yerləşdirilən S.Mikayılov orada ölüb.

Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Geri dön