Ana Sayfa > Karusel / Gündəm > Qarabağ qazisi ölüm ayağındadır

Qarabağ qazisi ölüm ayağındadır


25-10-2018, 12:46. Yazar: Xeberaz
 
Aprel döyüşlərində başından ağır qəlpə yaraları almış Qoşqar Hacıyevin vəziyyəti pisləşib.
Bu barədə -a “EGE” Hospitalının mətbuat katibi Türkan Məmmədli məlumat verib.
Onun sözlərinə görə, aprel döyüşlərində qəhrəmancasına vuruşaraq, başından ağır qəlpə yaraları almış Qarabağ qazisi Qoşqar Hacıyevin vəziyyəti kəskin pisləşib:
“Təcili olaraq Bakıda fəaliyyət göstərən “EGE” Hospitala yerləşdirilib. Qoşqar Hacıyev hazırda komadadır, başında çox sayda qəlpə var, dəfələrlə beyin əməliyyatı keçirib.
Qarabağ qazisi “EGE” Hospitalda fəaliyyət göstərən Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) yüksək ixtisaslı mütəxəssisləri - neyrocərrah Özkan Tehli və anestezioloq-reanimatoloq Serkan Şenkal tərəfindən müalicə nəzarətindədir”.
Türkan Məmmədli qeyd edib ki, Qoşqar Hacıyevin müalicəsinin öncə Türkiyədə GATA-da davam etdirilməsi üçün müvafiq işlərə başlanılsa da, GATA-nın yüksək ixtisaslı mütəxəssislərinin Bakıda fəaliyyət göstərən “EGE” Hospitala çalışdıqları üçün Türkiyəyə göndərilməsinə ehtiyac qalmayıb.
(oxu.az)
Geri dön