Ana Sayfa > Karusel / Şou-Biznes / M2 / Məşhurların Taleyi > Bir müddətdir ailəvi problemləri olan məşhur cütlük-BOŞANDILAR

Bir müddətdir ailəvi problemləri olan məşhur cütlük-BOŞANDILAR


14-07-2015, 13:41. Yazar: Xeberaz
Bir müddətdir ailəvi problemləri olan məşhur cütlük-BOŞANDILAR
Bir müddətdir ailəvi problemləri olan məşhur cütlük Yeşim Salkımla həyat yoldaşı Hakan Eratik boşanıblar

Xeberaz.az -ın “Hürriyət”ə istinadən məlumatına görə, bu barədə Yeşim mətbuata açıqlama verib:

“Bu gün 8 illik münasibətimizə son qoyduq. İndiyədək evliliyimizə göstərdiyiniz anlayış və sayğını bundan sonra da göstərəcəyinizə ümid edirəm. Adanın anası və atası kimi yaxın dost olaraq yeni bir həyata başlayırıq. Bu yolda hər cür problemi yenə birlikdə həll edəcəyik. Anlayışınız üçün təşəkkürlər! Sevgilərlə..”.

Qeyd edək ki, 2009-cu ildə ailə quran müğənni Y.Salkımla aktyor H.Eratikin Ada, Yeşimin ilk nikahından isə Gizem adlı bir qızı var.

Bir qədər əvvəl evi tərk edən Hakan bu yaxınlarda Yeşim və qızı ilə birlikdə alış-veriş mərkəzində obyektivlərə tuş gəlmişdi.
Geri dön