Ana Sayfa > Karusel / Təhsil / M2 > Məktəblərdə yenilik - Jurnal və gündəliklər ləğv oluna bilər

Məktəblərdə yenilik - Jurnal və gündəliklər ləğv oluna bilər


24-10-2018, 15:46. Yazar: Xeberaz

Məktəblərdə yenilik - Jurnal və gündəliklər ləğv oluna bilər

Elektron jurnal layihəsi gerçəkləşsə, bütün məktəblərdə jurnal və gündəliklər ləğv oluna bilər! Valideynlər məsafədən asılı olmayaraq övladının təhsil müsəssisəsindəki hər addımını izləyə biləcək.


Xeberaz.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Xaçmaz sakini Cəmil Əlizadənin təqdim etdiyi layihə Təhsil Nazirliyi tərəfindən artıq müsbət rəyini alıb. Elektron jurnal proqramı valideyn və müəllim arasında birbaşa kommunikasiya yarada biləcək.

Layihə tətbiq olunan təhsil müəssələrində valideynlər mobil telefon vasitəsi ilə məlumatlar ala biləcəklər. Bura qiymətləndirilmə ilə yanaşı davamiyyət və davranışla bağlı məlumatlar və statistika aiddir.

Cəmil Əlizadə bildirir ki, elektron jurnalla işləyən müəllim istədiyi zaman həftəlik, aylıq, illik statistik rəqəmləri bir düyməni basmaqla hesablaya bilər. Həmçinin valideynlər də sistemə daxil olaraq yalnız öz övladları haqqında ən xırda detalları, aylıq, illik statistik rəqəmləri öyrənə bilərlər.

Qeyd edək ki Cəmil Əlizadənin ali təhsili yoxdur. O, yalnız ideyanı irəli sürüb. Bu işdə ona proqramçı və infoqrafika üzrə peşəkarlaşmış dostları köməklik edir.

İstedadlı gənclər Şimal regionunda keçirilən startap layihənin birincisi olub. Hazırda onlar respublika mərhələsinə hazırlaşırlar. Proqram bu müsabiqədən də müsbət rəy alsa, ümumtəhsil müəssələrində tətbiq oluna bilər.
 

Geri dön