Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda ata tualetə kamera qoydu: 15 yaşlı oğlunun başına oyun açdı

Azərbaycanda ata tualetə kamera qoydu: 15 yaşlı oğlunun başına oyun açdı


24-10-2018, 15:38. Yazar: Xeberaz

Azərbaycanda ata tualetə kamera qoydu: 15 yaşlı oğlunun başına oyun açdı- VİDEO

Space TV-də yayımlanan "El bizim, sirr bizim" verilişində uşaq zorakılığı müzakirə olunub.
 

Xeberaz.az xəbər verir ki, verilişdə qonaq olan psixoloq Fuad Əsədov maraqlı faktlar açıqlayıb.
 
O Azərbaycanda bir atanın oğlunun başına gətirdiyi hadisədən danışıb: "Mənim bir pasientim var idi, ata 15 yaşlı oğlunu yanıma gətirmişdi ki, bu tərbiyəsizdir. Mən soruşdum ki, nəyə görə tərbiyəsizdir, nə edib? Ata dedi ki, oğlum masturbasiya ilə məşğuldur. Dedim oğlunuz küçədə masturbasiya edir? Dedi ki, yox tualetdə. Bəs siz bunu hardan bilirsiz dedim, o da dedi ki, tualetə kamera qoyub və bunu aşkarlayıb".
 
Psixoloq daha sonra qeyd edib ki, oğlunun barmaqlarını kəsən atalara da rast gəlib.
 
Həmin görüntüləri təqdim edirik:

Geri dön