Ana Sayfa > Karusel / Hadisə > Bakıda ofisiant qabyuyan qadını zorlamaq istədi - Həbs edildi

Bakıda ofisiant qabyuyan qadını zorlamaq istədi - Həbs edildi


23-10-2018, 11:01. Yazar: Xeberaz

Bakıda ofisiant qabyuyan qadını zorlamaq istədi - Həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı təcavüzə cəhddə təqsirləndirilən Şamil Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Xeberaz.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.Nağıyev dörd il azadlıqdan məhrum edilib.

İttihama görə, Bakıda "Xan” restoranında ofisiant kimi işləyən Ş.Nağıyev həmin obyektdə qabyuyan qadını zorlamağa cəhd edib.

Şikayət əsasında saxlanılan Ş.Nağıyev həbs edilib.

Geri dön