Ana Sayfa > Karusel / Gündəm > Noyabrda ardıcıl 3 qeyri-iş günü olacaq
Noyabrda ardıcıl 3 qeyri-iş günü olacaq22-10-2018, 14:10. Yazar: Xeberaz |
Azərbaycanda noyabrın 9-da Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar iş olmayacaq. Xeberaz.az xəbər verir ki, bu, həftənin cümə gününə təsadüf edir. Əmək Məcəlləsinin 105-ci (Bayram günləri) maddəsinin və Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən noyabrın 9-u qeyri-iş günüdür. Noyabrın 10-u şənbə, 11-i bazar gününə təsadüf etdiyindən ölkədə ardıcıl 3 gün qeyri-iş günü olacaq. Noyabrın 12-də Konstitusiya günü, 17-də isə Milli Dirçəliş günü qeyd edilsə də, həmin günlər iş günü hesab olunur. Geri dön |