Ana Sayfa > Karusel / Şou-Biznes > Azərbaycan teleməkanında yeni layihə - VİDEO
Azərbaycan teleməkanında yeni layihə - VİDEO18-10-2018, 13:28. Yazar: Xeberaz |
Azərbaycan teleməkanında yeni layihə start götürür. Xeberaz .Az xəbər verir ki, “Dünya Tv”-də yayılmanacaq “Qalib mənəm” layihəsinin rəhbəri Cəmilə Vasifqızıdır. Verilişi məşhur aparıcı Xuraman Aydınqızının təqdimatında izləyə biləcəksiniz. Noyabr ayından etibarən hər şənbə günü saat 19:10-da yayımlanacaq layihədə iştirakçılar öz istedadını nümayiş etdirəcəklər. Layihənin məqsədi istedadlı insanları üzə çıxarmaqdır. Şeir söyləmək, mahnı oxumaq və ya hər hansı insanları təəccübləndirəcək bacarığı olan şəxslər proqramda iştirak edə bilərlər. Müraciət üçün yaş məhdudiyyəti yoxdur. İştirakçıları müxtəlif hədiyyələr, qalibləri isə Hindistan və Türkiyə səfəri gözləyir. Geri dön |