Ana Sayfa > Karusel / İdman / M2 / Foto-fakt > Millimiz Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazana bilmədi

Millimiz Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazana bilmədi


22-03-2015, 13:04. Yazar: Xeberaz
Millimiz Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazana bilmədi
Azərbaycan Ukraynaya 3:2 hesabı ilə uduzub.

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə apardığı 4-cü qrupun oyunlarına yekun vurulub.

Xeberaz.az Oxu.az- xəbər verir ki, Azərbaycan millisi Ukrayna ilə qarşılaşıb. İki turdan sonra birinci yerdə qərarlaşan millimizə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması üçün heç-heçə də kifayət edirdi. Ancaq bu oyunda Azərbaycan Ukraynaya 3:2 hesabı ilə uduzub. Bu nəticə ilə Ukrayna qrupu birinci pillədə tamamlayıb.

Azərbaycan sentyabrda digər qrupların ikincilərindən biri ilə pley-off oyunu keçirəcək.

Turun digər oyununda Belçika Danimarkaya 5:3 hesabı ilə qalib gəlib.
Geri dön