Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda iki "Mercedes" TOQQUŞDU - Biri hasarın uçqunu altında qaldı (FOTO)

Bakıda iki "Mercedes" TOQQUŞDU - Biri hasarın uçqunu altında qaldı (FOTO)


16-10-2018, 10:33. Yazar: Xeberaz

Bakıda iki "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində qəza baş verib.

Xeberaz.Az xəbər verir ki, hadisə səhər saat 08:40 radələrində Natavan küçəsi - Biləcəri istiqamətində qeydə alınıb.

90-XB-381 və 90-DH-744 dövlət nömrə nişanlı avtomobillərin toqquşması nəticəsində "Mercedes C-class" markalı avtomobil yoldan çıxaraq hasara çırpılıb.

Hasar dağılaraq avtomobilin ön hissəsinə tökülüb.

Qəza yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub.

Geri dön