Ana Sayfa > Karusel / Hadisə > Bakıda qaçırılan avtomobil tapıldı - Oğruların inanılmaz üsulu

Bakıda qaçırılan avtomobil tapıldı - Oğruların inanılmaz üsulu


14-10-2018, 14:10. Yazar: Xeberaz

Bakıda qaçırılan avtomobil tapıldı - Oğruların inanılmaz üsulu

8 oktyabr tarixində Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində gecə saatlarında oğurlanan avtomobil tapılıb.

Xeberaz.Az xəbər verir ki, baku.ws-ə müraciət edən zərərçəkən Hüseyn Quliyev "Mercedes" markalı avtomobilinin həyətindən oğurlandığını bildirmişdi. Şüşəsi sındırılaraq oğurlanan avtomobil qısa zamanda tapılıb. 




 
Hüseyn Quliyev bildirir ki, oğurlanan maşın Binəqədi kəndi ərazisində tapılıb. Oğrular maşının xarici görünüşündə dəyişiklik ediblər.
1996-cı il avtomobilin detalları dəyişdirilib və 1998-ci ilə uyğun olaraq yığılırmış. Avtomobilin detallarının dəyişdirilməsindən belə qənaətə gəlmək olar ki, dələduzlar maşını baha qiymətə sataraq daha çox qazanc əldə etməyi planlaşdırıb. 
Faktla bağlı 19-cu polis bölməsində araşdırma aparılır.

Geri dön