Ana Sayfa > Karusel / Gündəm / M2 > Badamdarda vəziyyət nə yerdədir? - Qərargahın məlumatı

Badamdarda vəziyyət nə yerdədir? - Qərargahın məlumatı


14-10-2018, 13:32. Yazar: Xeberaz

Badamdarda vəziyyət nə yerdədir? - Qərargahın məlumatı

Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında müşahidələr sutka ərzində davam etdirilib.

Xeberaz.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaratdığı Qərargahın saat 9:00-a olan məlumatında deyilir.


"Son 12 saatda sürüşmə kütləsi üzərində vizual müşahidə edilə bilən dəyişikliklər qeydə alınmayıb", - deyə ETSN-in mətbuat xidmətindən bildirilib.

Bundan əvvəl Qərargah üzvlərinin ərazidə növbətçilik əsasında müşahidələr apardığı qeyd edilmişdi.

Geri dön