Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Sürüşmə baş verən ərazidə vəziyyət ağırlaşıb - RƏSMİ AÇIQLAMA

Sürüşmə baş verən ərazidə vəziyyət ağırlaşıb - RƏSMİ AÇIQLAMA


13-10-2018, 12:06. Yazar: Xeberaz

Sürüşmə baş verən ərazidə vəziyyət ağırlaşıb - RƏSMİ AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Badamdarda baş verən sürüşmə ilə əlaqədar son vəziyyəti açıqlayıb. 
 
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova açıqlamasında bildirib ki, ən son məlumata görə, sürüşmənin dinamikasında aktivlik dayanmayıb. İstinad divarından aşağıda sürüşmə kütləsinin hərəkəti davam edir.

O bildirib ki, Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının mütəxəssisləri Badamdar – 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri növbətçilik rejimində davam etdirirlər. Sürüşən torpaq qatının eni 250 metrdən, uzunluğu isə 200 metrdən çoxdur. Sürüşmə qatının hündürlüyü 15 metrdən artıqdır.

Geri dön