Ana Sayfa > Karusel / Dünya / İdman / M2 > Yığmamız Çinə uduzdu

Yığmamız Çinə uduzdu


8-10-2018, 16:06. Yazar: Xeberaz

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatının II mərhələsində ikinci oyununu keçirib.

 "Xabar.az " xəbər verir ki, yığma Osaka şəhərində Çinlə qarşılaşıb. Görüş Faiq Qarayevin baş məşqçi olduğu komandasının məğlubiyyəti ilə yekunlaşıb - 0:3. İlk və son setlərdə 17:25, ikinci setdə 16:25 hesablı nəticə qeydə alınıb.

F qrupunda II tur çərçivəsində Rusiya Bolqarıstanı 3:1, ABŞ isə Türkiyəni 3:0 hesabı ilə yenib. Tura Bakı vaxtı ilə saat 14:20-də start götürəcək İtaliya - Tailand matçı ilə yekun vurulacaq.


Qeyd edək ki, hazırda ABŞ 19 xalla liderdir. İtaliya, Çin və Rusiya 18 xalla 2-3-cü pillələri bölüşür. Tailand 10 xalla 5-ci, Türkiyə 9 xalla 6-cı yerdədir. Bolqarıstan və Azərbaycan isə 6 xalla son iki sıradadır.

Bundan əvvəlki oyunda da Azərbaycan məğlub olmuşdu.


Geri dön