Ana Sayfa > Karusel / Hadisə > Bakıda hündürmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi

Bakıda hündürmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi


8-10-2018, 10:37. Yazar: Xeberaz

Bakıda hündürmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi

Bakıda baş verən yanğında bir nəfər tüstüdən zəhərlənib.

FHN-dən  verilən məlumata görə, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 21 ədəd elektrik sayğacı yanıb.


Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, üçü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri dön