Ana Sayfa > Karusel / Hadisə / Maraqlı / Foto-fakt > Təmiz hava satılır: qiyməti 100 dollara...

Təmiz hava satılır: qiyməti 100 dollara...


6-10-2018, 11:24. Yazar: Xeberaz

Yeni Zellandiyada bir şirkət yeni məhsulunu satışa çıxarıb.

Xeberaz.Az xəbər verir ki, hava limanının "duty free” mağazalarında dörd qutudan ibarət "Saf, təzə Yeni Zellandiya havası” 98.99 dollara satılır.

Yeni Zellandiyadan olan jurnalist Demien Kristi tərəfindən paylaşılan paketin fotosunda hava 20 dollar endirimlə satılıb. Kristi Tvitterdəki səhifəsində "Məni lağa qoyursunuz? 98 dollar şirin, kiçik bir hədiyyə də deyil” yazıb.

Kristinin paylaşımı sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bir çox sosial şəbəkə istifadəçisi "Kapitalizmin zirvəsi” rəyini yazıb.


Geri dön