Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda fəhlələri daşıyan maşın aşdı - 2 ölü, 2 yaralı

Azərbaycanda fəhlələri daşıyan maşın aşdı - 2 ölü, 2 yaralı


6-10-2018, 10:54. Yazar: Xeberaz

Azərbaycanda fəhlələri daşıyan maşın aşdı - 2 ölü, 2 yaralı

Göygöldə baş verən ağır yol qəzası nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. 
 
Xeberaz.Az "Report"a istinadən xəbər verir ki, hadisə Göygöl şəhərində qeydə alınıb.

İlkin məlumata görə, rayonun təmizlik idarəsinə məxsus yük maşınının aşması nəticəsində 2 nəfər avtomobilin altında qalaraq ölüb. Daha 2 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. 

Meyitlərin yük maşınının altından çıxıarılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Geri dön