Ana Sayfa > Karusel / Gündəm / M2 / Xəbəraz TV > FHN-dən əhaliyə xəbərdarlıq (VİDEO)

FHN-dən əhaliyə xəbərdarlıq (VİDEO)


13-07-2015, 14:48. Yazar: Xeberaz
FHN-dən əhaliyə xəbərdarlıq (VİDEO)
Yayda çimərlikdə xoş zaman keçirmək üçün hər bir vətəndaş təhlükəsizlik qaydalarını bilməlidir.
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərlə bağlı təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

Xeberaz.az -ın FHN-ə istinadla verdiyi məlumata görə, yayda çimərlikdə xoş zaman keçirmək üçün hər bir vətəndaş təhlükəsizlik qaydalarını bilməlidir.

Çimərlikdə qadağandır:

nəzərdə tutulmamış ərazilərdə çimmək;
çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
küləkli havada dənizə girmək;
çimərlikdə gecələmək,
sərxoş halda çimərlikdə olmaq;
suda kobud hərəkətlər etmək;
çimərlikdə balıq tutmaq;
xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!


Geri dön