Ana Sayfa > Karusel / Səhiyyə > Alkoqol narkotik hesab edilməli və reseptlə satılmalıdır – Həkimlərdən çağırış
Alkoqol narkotik hesab edilməli və reseptlə satılmalıdır – Həkimlərdən çağırış30-09-2018, 11:08. Yazar: Xeberaz |
Kembric universitetinin nümayəndələri Səhiyyə təşkilatını spirtli içkiləri narkotika hesab edərək, reseptlə satılmasını hüquqi şəkildə qanuniləşdirməyə səsləyib. Alkoqol tütün, heqoin, xəşişin birlikdə təsirindən daha güclüdür. Spirtli içki asta-asta, zamanla öldürür və çox xəstəliklər onun təsirindən yaranır. Bura həmçinin qəzalar, travmalar, zəhərlənmələr və bunlardan ölüm faktları da aiddir - deyə alimlər yazır. Avqustda dərc olunmuş statistikaya görə, alkoqol planetdə insanların ölümünün başlıca səbəbidir. Hər il spirtli içkidən 2,8 milyon insan ölür. Nəhəng alkoqol istehsalçılarının maraqlarını güdməyi tərk edib, spirtli içkiləri reseptlə satmaq lazımdır. Alkoqolun çətinliklə əldə olunduğu, baha satıldığı ölkələrdə insanların bu səbəbdən ölüm faizi də azdır. Geri dön |